“Dədə Qorqud” əsasında çoxseriyalı bədii televiziya filmi çəkiləcək - SƏRƏNCAM
28 dekabr 2013 18:46 (UTC +04:00)

“Dədə Qorqud” əsasında çoxseriyalı bədii televiziya filmi çəkiləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilişi ilə bağlı ədəbi ssenarinin hazırlanması və təşkilati məsələlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq Mədəniyyət və Turizm Nazirliyinə 1 milyon manat ayrılıb.

 


Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırığı verilib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1217
avatar

Oxşar yazılar