Əməkdar artist Aybəniz Haşımova özünün və rəhbərlik etdiyi Sənət Akademiyasının yetirmələrinin Fəxri Fərmanla təltif edilməsi münasibətilə təhsil naziri Emin Əmrullayevə təşəkkür edib.
Lent.az-ın xəbərinə görə, pedaqoq müğənni öz sosial şəbəkə hesabında minnətdarlığını belə ifadə edib:
“Cənab nazir məni və Sənət Akademiyasının yetirmələrini Fəxri Fərmanla təltif edib.
Hörmətli, cənab nazir, Emin Əmrullayev, yaradıcısı oldugum Sənət Akademiyasının yetirmələrinə verdiyiniz dəyərə, diqqət və qaygıya görə, sizə bütün heyətimiz adından təşəkkür edirəm, minnətdaram”