“Arşın mal alan” ilk dəfə Hollivudda nümayiş olunacaq
28 avqust 2015 10:24 (UTC +04:00)

“Arşın mal alan” ilk dəfə Hollivudda nümayiş olunacaq

Azərbaycan kino sənətinin əvəzsiz incilərindən olan, 1945-ci ildə çəkilmiş "Arşın mal alan" filmi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən sentyabrın 19-da Hollivudda nümayiş olunacaq. Konsulluqdan Lent.az-a verilən məlumatına görə, bu, "Arşın mal alan" filminin Hollivudda ilk premyerası olacaq. Film Hollivudun ən qədim kinoteatrlarından olan, tarixə ilk avtomatlaşdırılmış kinoteatr kimi düşmüş “Ricardo Montalban” kinoteatrında təqdim ediləcək.

 

Qeyd edək ki, nümayişdə sözügedən filmin 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilmiş və rənglənmiş versiyası göstəriləcək. Nümayiş Azərbaycanın ölməz bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130, “Arşın mal alan” filminin isə 70 illiyinə həsr olunub. Filmin nümayişi ilə bağlı Baş Konsulluq tərəfindən qısa video-çarx da hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 322
avatar

Oxşar yazılar