Nizami Kino Mərkəzində rejissor Pol Mak Qiqanın çəkdiyi “Viktor Frankenşteyn” filminin nümayişinə başlanılıb. Lent.az-ın məlumatına görə, ekran əsəri dəhşət və fantastik dram janrındadır. Sloqanı “Öz yaradanını qarşıla”dır. Film bu dəfə köməkçisi İqorun, Viktor Frankenşteynin fantastik həyat tarixçəsinə yeni baxışından bəhs edir.
Baş rollarda Deniel Redkliff, Cesika Braun, Findlib Bronson Uebb, Ceyms MakEvoy, Deniel Meys, Spenser Uidlinq, Robins Pirs, Endryu Skott, Kallum Terner və Di Botçer çəkiliblər.