Türkiyəli müğənni Özcan Denizin anası Kadriye Deniz qızı Yurda Deniz və kürəkəni Murat Gürler haqqında prokurorluğa şikayət edib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, süd vəzi xərçəngindən müalicə olunan Kadriye Deniz onların əmlakı ilə bağlı qanunsuz hərəkətlər etdiklərini iddia edib.
Kadriye Denizin vəkili İrem Demir Kural müvəkkilinin xəstəliyi və müalicəsi səbəbindən fiziki və mənəvi müdafiəyə ehtiyac duyduğunu bildirib. Ərizədə onun psixoloji təzyiqə, təhqirə və fiziki müdaxiləyə məruz qaldığı qeyd olunub. Vəkil Yurda Deniz və Murat Gürler barəsində araşdırma aparılmasını və cinayət işi açılmasını tələb edib. Yurda Deniz daha əvvəl anasının xəstəliyi ilə bağlı qardaşı Özcan Denizi ittiham etmişdi.