İyunun 6-da Heydər Əliyev Sarayında Türkiyənin məşhur “Anadolu Atəşi” rəqs qrupunun konsert olub.
Lent.az-ın məlumatına görə, konsertdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Türkiyənin ölkəmizdəki səfirinin müavini Meral Barlas, səfirliyin mədəniyyət üzrə müşaviri Seyit Ahmed Arslan və başqaları iştirak edib.
Konsertin ikinci hissəsində Azərbaycanda özəl rəqslə çıxış edən ansamblı tamaşaçlar alqışlarla müşayiət ediblər.
Qeyd edək ki, konsert iyunun 8-dək davam edəcək. Ansamblın bədii rəhbəri Mustafa Ərdoğandır. Konsertin təşkilatçısı Türkiyə səfirliyidir.