Eldar Quliyev, rejissor
18 yanvar 2021 15:55 (UTC +04:00)

Eldar Quliyev, rejissor

Xalq artisti infarkt keçirdi, reanimasiyadadır

Xalq artisti, rejissor Eldar Quliyev xəstəxanaya yerləşdirilib.

Lent.az-a məlumatı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından təsdiqləyiblər.

Bildirildiyinə görə, rejissor bir neçə gün əvvəl infarkt keçirib. Onu Respublika Müalicəvi Diaqnostika Mərkəzinin Kardiologiya şöbəsinin reanimasiyasına yerləşdiriblər. Hazırda vəziyyəti ağır-stabildir.

Qeyd edək ki, tanınmış rejissor Eldar Quliyevin bu gün doğum günüdür, 80 yaşı tamam olur.

# 2511
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar