Canəli Əkbərov
22 oktyabr 2021 21:54 (UTC +04:00)

Canəli Əkbərov

Xalq artisti Canəli Əkbərov VƏFAT ETDİ

Xalq artisti Canəli Əkbərov bu gün vəfat edib.

Bu barədə Lent.az-a onun qohumu Sabir Əliyev məlumat verib.

Qeyd edək ki, xanəndə iki il əvvəl beyin insultu keçirmişdi. Bir neçə gün öncə yenidən vəziyyəti pisləşmişdi.

Canəli Əkbərov 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub.

Musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. Müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda-qanunlarını mənimsəyir və öz ifaçılıq qabiliyyətini təkmilləşdirir. 1965-ci ildən Canəli Əkbərov Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1976-cı ildən bu günə kimi Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1992-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2002-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin.

# 12030
avatar

Oxşar yazılar