"Space TV"yə rəhbər təyinatı ilə bağlı  YENİ XƏBƏR   -YENİLƏNİB
15 fevral 2021 13:17 (UTC +04:00)

"Space TV"yə rəhbər təyinatı ilə bağlı YENİ XƏBƏR -YENİLƏNİB

Kamil Şahverdiyev “Space” TV-nin rəhbəri vəzifəsini müvəqqəti icra edəcək.

K. Şahverdiyev APA-ya açıqlamasında televiziyanın rəhbəri vəzifəsini müvəqqəti icra edən şəxs təyin olunduğunu bildirib.

***

11:28

Xalq artisti Rəşid Behbudovun kürəkəni, eləcə də əfsanəvi müğənninin adını daşıyan Fondun direktoru Kamil Şahverdiyev “Space” televiziyasına yeni rəhbəri təyin olunub. 

Lent.az-a bu barədə telekanalın əməkdaşlarından biri məlumat verib.

Qeyd edək ki, artıq telekanalda bir sıra dəyişikliklərə start verilib. Bir vaxtlar ATV-də rəhbər vəzifədə çalışmış Həsən Abdullayev də "Space TV"də işə başlayıb.

 

# 15039
avatar

Yalçın UĞUR

Oxşar yazılar