Putin haqqında çəkilən sənədli film  "Oskar" aldı -  VİDEO
16 mart 2026 18:15 (UTC +04:00)

Putin haqqında çəkilən sənədli film "Oskar" aldı - VİDEO

0

Rusiyanın Ural bölgəsindəki Qarabaş şəhərindən olan pedaqoq və videoqraf  Pavel Talankin çəkdiyi "Mr. Nobody Against Putin" sənədli filmi "Oskar" mükafatını qazanıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, amerikalı rejissor Devid Borenşteyn ilə əməkdaşlıq çərçivəsində hazırlanan film, hərbi təbliğatın Rusiya məktəblərinə necə nüfuz etdiyini işıqlandırır.

Hollivudda mükafatı qəbul edərkən səhnəyə çıxan Pavel Talankin dünyaya sülh mesajı verib: "Artıq dörd ildir ki, ulduzlu səmaya baxıb ən vacib arzunu tuturuq. Lakin elə ölkələr var ki, orada səmadan ulduzlar deyil, raketlər və dronlar yağır. Gələcək naminə, uşaqlar naminə, bütün müharibələri elə indi dayandırın".

Müharibə başladıqdan sonra tətbiq edilən dövlət təbliğatı ilə razılaşmayan Talankin, məktəbdə çalışdığı müddətdə "vətənpərvərlik" dərslərini və hərbi ritorikanı gizli şəkildə qeydə almağa başlayıb. Məktəb rəhbərliyinin tapşırığı ilə rəsmi tədbirləri və toplantıları çəkən müəllim, sonradan həmin materiallarla birlikdə Rusiyanı tərk edib. O, topladığı kadrları amerikalı rejissor Devid Borenşteynə təqdim edərək bu uğurlu sənədli filmin ortaya çıxmasına vəsilə olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar