Sosial şəbəkələrdə şair Mikayıl Müşfiqin Xızıda yerləşən ev muzeyi ilə bağlı həyəcan təbili çalınıb. Sairin Xızının Sayadlar kəndində yerləşən Xatirə Muzeyinin yaxınlığındakı körpünün sel nəticəsində uçması və evə ziyan dəyməsi barədə məlumat verilib.
Lent.az-ın məsələ ilə əlaqədar sorğusuna Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən verilən cavabda bildirilib ki, sel nəticəsində şairin evinə ziyan dəyməyib.
“ Sel xatirə muzeyinə gediş-gəlişi təmin edən körpünü uçurub. Muzeyin binasına ziyan dəyməyib. Bina körpüdən 30 metr uzaqda yerləşir. Artıq yol infrastrukturunun bərpası ilə bağlı işlərə başlanılıb”,- deyə bildirilib.