Mədəniyyət Nazirliyinə yeni Aparat rəhbəri  təyin olundu
19 avqust 2026 14:20 (UTC +04:00)

Mədəniyyət Nazirliyinə yeni Aparat rəhbəri təyin olundu

0

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyinatı olub.

Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hikmət Mövlud oğlu Mustafayev bu vəzifəyə təyin edilib.

1997-ci ildən dövlət qulluğunda fəaliyyət göstərən H.Mustafayev Dövlət Əmlak Komitəsində, İqtisadi İnkişaf Nazirliyində və Əmlak Məsələləri Dövlət Komitəsində müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb. Bu təyinatadək o, Heydər Əliyev Mərkəzi direktorunun müşaviri vəzifəsində fəaliyyət göstərib.

Qeyd edək ki, bu vəzifəni Mustafa Abbasbəyli icra edirdi. Adil Kərimlinin digər əmri ilə Mustafa Abbasbəyli nazir müşaviri təyin edilib.

Xatırladaq ki, bu ilin əvvəli isə nazir müşaviri Oleq Əmirbəyov Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına direktor təyin edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar