Madonnanın "kaprizləri"  FIFA rəhbərliyini çətin duruma saldı
07 iyul 2026 13:33 (UTC +04:00)

Madonnanın "kaprizləri" FIFA rəhbərliyini çətin duruma saldı

0

Pop ulduzu Madonna 2026-cı il Dünya Çempionatının fasiləsində baş tutacaq çıxışı ərəfəsində irəli sürdüyü tələblərlə FIFA rəhbərliyini çətin vəziyyətdə qoyub.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, müğənni çıxışı üzərində tam yaradıcı nəzarət, gün boyu məşqlər, yalnız onun üçün hazırlanacaq xüsusi, mürəkkəb səhnə dekorasiyaları, ən yüksək səviyyəli təhlükəsizlik tədbirləri və  aha böyük büdcə tələb edir.

Sənətçi bu çıxışı qlobal səhnəyə möhtəşəm dönüşünün ən vacib hissəsi hesab edir. Mənbələrdən biri isə FIFA rəsmilərinin onun iş prosesində bu qədər tələbkar olacağını əvvəlcədən nəzərə almadığını yazıb. Bütün çətinliklərə baxmayaraq, FIFA-da Madonnanın dünya çempionatının fasilə şousunu qlobal miqyasda ən çox müzakirə olunan maqazin xəbərlərindən birinə çevirəcəyinə inanırlar. Mənbələrin iddiasına görə, futbol rəsmiləri yaranan çətinliklərə dözməyə hazırdır. Onların fikrincə, hazırda heç bir ifaçı Madonna qədər böyük və beynəlxalq rezonans yarada bilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 259

Oxşar yazılar