Küçədə çılpaq gəzən qadın  necə sevgi rəmzinə çevrildi?
22 oktyabr 2024 13:55 (UTC +04:00)

Küçədə çılpaq gəzən qadın necə sevgi rəmzinə çevrildi?

Uzun illərdir dünyanın ən nüfuzlu rəsm qalereyalarını bəzəyən “Ledi Qodiva” əsəri xalqa sədaqət, sevgi və şəfqətin rəmzi hesab olunur. Ledi Qodivanın xatirəsinə  həsr olunmuş  müxtəlif antik (və müasir)  rəsm əsərləri və heykəllərdə  at üstündə şəhər küçələrinə çıxmış çılpaq qadın təsvir edilib. Bəs nə çün bu çılpaq qadın xalqın sevimlisinə çevrilib?

 Lent.az bu barədə məlumat verir.

11-ci əsrdə xalq İngiltərənin Koventri şəhərində qoyulan ağır vergilərə qarşı üsyan edir. Vergiləri artıran Lord Leofrikin həyat yoldaşı Ledi Qodiva ərinin yox, xalqın tərəfini tutur.

O, ərini vergiləri aşağı salmağa razı salmağa çalışır. Xanımın təkidindən narahat olan lord Leofrik arvadına heç vaxt qəbul etməyəcəyini düşündüyü bir təklif edir.

Bildirir ki, vergi yükünü azaldacaq, bir şərtlə ki, Ledi Qodiva at belində Koventri küçələrində çılpaq gəzsin. O çılpaq bədənini yalnız uzun saçları ilə örtə bilərdi.

Xanım Qodivanın buna cəsarət etməyəcəyinə inanan lord, arvadının inadını bu yolla qıracağını düşünürdü. Lakin, Ledi Qodiva şərti qəbul edir.
Həmin an gələndə Ledi Qodiva çılpaq halda atının belinə minib küçəyə çıxır.

Bu vəziyyətdən xəbər tutan insanlar dükanlarını bağlayıb evlərinə girirlər. Xanımın şərəfinə heç kim küçəyə addım atmır, pəncərənin pərdəsi açılmır. Küçədə onu görənlər gözlərini bağlayıb, başlarını aşağı salırlar.

Xanımın cəsur davranışı qarşısında ona bu şəkildə ehtiram bildirirlər.

Lord Leofrik məcburən arvadına verdiyi sözə əməl edir və vergiləri azaldır.

Bu hadisədən sonra Ledi Qodivanın cəsarəti, qətiyyəti, saflığı, ehtirası və gözəlliyi bir çox rəssamların ilham mənbəyinə çevrilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3072
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar