İnsanlar hansı mahnının  sədaları altında ölməyi  üstün tuturlar?
13 oktyabr 2024 18:35 (UTC +04:00)

İnsanlar hansı mahnının sədaları altında ölməyi üstün tuturlar?

İnsanların ölüm yatağında və ya dəfn mərasimində eşitmək istədikləri ən çox tələb olunan mahnı Frank Sinatranın “My Way” mahnısıdır.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu qənaətə Marie Curie xeyriyyə təşkilatı keçirdiyi sorğunun nəticələrinə əsasən gəlib.

Sinatranın hitindən sonra Uitni Hyustonun "I Will Always Love You" və Tina Ternerin "Simply The Best" mahnıları gəlir.

Hazırda ilk 10-luğa daxil olan digər mahnılar arasında Sindi Loperin "Girls Just Wanna Have Fun" pop mahnısı və Lui Armstronqun "What a Wonderful World" mahnıları var.
Belfast Kraliça Universitetinin musiqi terapiyası üzrə eksperti və fəxri baş elmi işçisi doktor Treysi Makkonnell deyib: "Ölümcül xəstə olmaq, ağrı və ölüm qorxusu, hətta yaxın ailə və dostlar yaxınlıqda olduqda belə, gücsüzlük və təcrid hisslərinə səbəb ola bilər".

“Musiqi insanların səhhətindən və ya emosional vəziyyətindən asılı olmayaraq hisslərini ifadə etməyə və daha yaxşı hiss etməyə kömək edə bilər”, - o əlavə edib.

Ölən insanların həyatlarının son dəqiqələrində dinlədikləri 10 mahnını təqdim edirik.

Mənim yolum - Frenk Sinatra

Mən səni həmişə sevəcəyəm – Uitni Hyuston

(Sadəcə) Ən yaxşı - Tina Terner

Göy qurşağının üstündə - Cudi Qarlend

Qızlar sadəcə əylənmək istəyir - Sindi Lauper

Mələklər - Robbi Uilyams

Nə gözəl dünya - Lui Armstronq

Gözəl - Kristina Aqulera

Ey, Cud – “Bitlz” qrupu

Bunlar həyatımızın günləridir - Queen

İştirakçıların, mərhumun dostları və ailə üzvlərinin təxminən 84 faizi musiqinin onların sevdiklərini son anlarında rahatlaşdırdığına və sakitləşdirdiyinə inanır. Təxminən 61 faiz musiqinin narahatlıq və emosional stressi aradan qaldırmağa kömək etdiyini söyləyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2433
avatar

Oxşar yazılar