Daha bir ukraynalı müğənninin Azərbaycandakı konserti ləğv edilib.
Lent.az xəbər verir ki, ukraynalı müğənni Tina Karolun Bakıda baş tutmalı olan konserti baş tutmayacaq.
Buna səbəb onun öz "Instagram" səhifəsində "Armenian Lives matter" - Ermənilərin həyatı dəyərlidir sözlərini yazması olub.
Qeyd edək ki, bundan qabaq isə ermənilərə dəstək verdiyi üçün Maks Barskixin də Bakıda olacaq konserti ləğv edilib.