“Pray for Ganja” klipindən görüntü
26 fevral 2021 13:11 (UTC +04:00)

“Pray for Ganja” klipindən görüntü

Gəncə hadisələri ilə bağlı YENİ KLİP - FOTO-VİDEO

“Pray for Ganja” klipi təqdim edildi.

Səhnə adı Sivva olan bəstəkar-müğənni Sevinc Ağasıyeva yeni layihəsini, “Pray for Ganja” klipi təqdim etdi.

Lent.az xəbər verir ki, layihə Gəncə, Bərdə, Xocalı, həmçinin Qarabağda şəhid olan bütün günahsız həmvətənlərimizin ruhuna ithaf olunur.

Mahnı və klipin təqdimatı “Xocalı soyqırımı”nın 29-cu il dönümü ərəfəsində baş tutması təsadüfi deyil. 

İngilis dilində olan mahnının bəstəkarı Sivva, sözlərin müəllifi isə Ruslan Karslıdır. Aranjeman Samir Şirinova aiddir. Balabanda xalq artisti Əlixan Səmədov, kamançada isə əməkdar artist  Elnur Əhmədov ifa edib.

Xanım ifaçının duet ortağı “Uşaq Avroviziya mahnı müsabiqəsi”nin iştirakçısı, prezident təqaüdçüsü Fidan Hüseynovadır. Klipdə 2020-ci ilin oktyabrında Gəncədə baş verən qanlı hadisələr obrazlı şəkildə canlandırılıb.

Qeyd edək ki, klipin rejissor Delee Oruclu, baş prodüser Samir Şirinov, layihənin rəhbəri Ruslan Zeynaldır.

“Pray for Ganja” klipindən görüntü

“Pray for Ganja” klipindən görüntü

“Pray for Ganja” klipindən görüntü

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2997
avatar

Nigar Adil

Oxşar yazılar