Ən çox gəlir gətirən CİZGİ FİLMİ: Sovet dövrünün “Çeburaşka”sı
10 yanvar 2023 12:48 (UTC +04:00)

Ən çox gəlir gətirən CİZGİ FİLMİ: Sovet dövrünün “Çeburaşka”sı

Uşaqlığımızda ən çox sevdiyimiz, sovet istehsalı olan “Çeburaşka” cizgi filmi prokat tarixində ən çox gəlir gətirən ekran işi olub.

Lent.az  xəbər verir ki, rejissoru Dmitri Dyaçenko olan cizgi filminin nümayişindən bir həftə sonra onun kassa gəlirləri üç milyard rublu keçib.

Beləliklə bu animasiya filmi ölkədə yayım tarixində ən çox gəlir gətirən layihə seçilib.

Belə ki, bu il yanvarın 1-də kinoteatrlarda nümayiş etdirilən animasiya 3,8 milyardlıq “Sərf” (2019) filmini keçərək 3,85 milyard rubl toplayıb.

 Animasiyanın süjeti Rusiyanın dənizkənarı qəsəbəsinə gələrək bağban Gena əmi ilə tanış olan “Çeburaşka”nın hekayəsindən bəhs edir. Baş rolları Sergey Qarmaş və Olqa Kuzmina səsləndirib. Həmçinin, filmdə Elena Yakovleva, Fedor Dobronravov və Artem Bıstrov da iştirak ediblər.

Qeyd edək ki, “Çeburaşka” yanvarın əvvəlində dünya kinoteatrlarında nümayiş olunan “Avatar: Su yolu”  animasiya filminin qlobal kassada bir milyard dollar əldə etdiyi gəlir rekordunu da qırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2505
avatar

Sevinc Fərid

Oxşar yazılar