Dünya ədəbiyyatında ən təsirli  5 aforizm
16 oktyabr 2024 15:13 (UTC +04:00)

Dünya ədəbiyyatında ən təsirli 5 aforizm

Lent.az dünya ədəbiyyatında iz buraxmış ən təsirli aforizmləri təqdim edir. Onların içərisindən 5 ən yaxşısını seçməyi isə sizin ixtiyarınıza buraxırıq.

Biz cahil dediyimiz zaman, məktəbdə oxumamış olanları nəzərdə tutmuruq. Nəzərdə tutduğumuz elm, həqiqəti bilməkdir. Yoxsa oxumuş olanlardan ən böyük cahillər çıxdığı kimi, heç oxumaq bilməyənlərdən də həqiqəti görən gerçək alimlər çıxa bilər. (Mustafa Kamal Atatürk)

Bir insanı niyə sevdiyiniz sualına cavab tapa bilmirsinizsə, onu həqiqətən sevirsiniz deməkdir. (Pol Oster)

Bütün silahlı peyğəmbərlər qalib gəlmiş, silahsızlar isə məğlub olmuşlar. (Nikkolo Makiavelli)

Bu dünyaya nə etməyə gəldiyimi soruşsanız.. Cavabım bu olacaq; Həyatımı yüksək səslə yaşamaq üçün buradayam. (Emil Zolya)

Bağışla Tanrım. (Rotterdamlı Erazm)

Birlikdə qardaş kimi yaşamağı öyrənməliyik, yoxsa birlikdə axmaq kimi öləcəyik. (Martin Lüter Kinq)

Bir insanın uğrunda ölə biləcəyi bir şeyi yoxdursa, onun yaşamağa haqqı da yoxdur. (Martin Lüter Kinq)

Bəzən bir dəqiqəlik həzz ömürlük iztirabların səbəbi olur. (Viland)

Biz romantik olduqdan sonra dağlar gözəlləşdi. (Ejen Delakrua)

Boyun qaçırmağı bacarmaq. (Baltazar Qrasian)

Bilik və bacarıq — insanın bütün məziyyətlərini əks etdirən iki dayaqdır.Qoy sənə möhtac olsunlar. Bütü səcdəgah edən heykəltəraş deyil, ona sitayiş edənlərdir. Yaxşısı budur ki, səndən xahiş etsinlər, nəinki minnətdarlıq bildirsinlər. Birinci nə qədər unutqandırsa, ikinci bir o qədər hafizəlidir. Asılı olanlar minnətdar olanlardan daha faydalıdırlar: susuzluğunu söndürən bulaqdan üz döndərəcək, sıxılmış portağal qızıl qabdan bataqlığa atılacaq. Ehtiyacın sonu dostluğun, sənə olan hörmətin sonu deməkdir. (Baltazar Qrasian)

Böyük işlər görmək üçün dahi olmaq, insanlardan yüksəkdə durmaq şərt deyil; bunu onlarla bir yerdə də etmək olar. (Şarl Lui Monteskyö)

Bir insan barəsində yol verilmiş ədalətsizlik hamı üçün hədədir. (Şarl Lui Monteskyö)

Bəzən susmaq, deyilən bir çox sözdən daha çoxunu ifadə edər. (Şarl Lui Monteskyö)

Bir tək adama edilən haqsızlıq, bütün birliyə yönəlmiş bir təhdiddir. (Şarl Lui Monteskyö)

Böhtandan da qorxulu silah var: bu silah həqiqətdir. (Taleyran)

Başqalarının fikir və düşüncələrinin qurbanı olan millət özünü məhv edib yadları faydalandırar. (Məhəmməd İqbal)

Başqalarının həyatından dərs almağı bacaran insan xoşbəxtdir. (T.Fontane)

Banan ağacı olduğumu düşünürəm. (Freddi Merkyuri)

Bəlkə insanlar məni qınayacaq, amma çox kitab oxumuram. (Freddi Merkyuri)

Burax bütün insanlar səni tanısın, amma heç kim səni tam olaraq tanımasın. İnsanlar, dayaz yerini gördükləri dərəni asan keçərlər. (Bencamin Franklin)

Böyük imperiya - böyük piroq kimidir. Qıraqlardan yemək daha asanddır! (Bencamin Franklin)

Boş bir çuvalın ayaqda qalması çətindir. (Bencamin Franklin)

Bir ölkədə oxumağa qarşı istək artmazsa, qəflət və ondan yaranacaq fəlakətlər azalmaz. (Bencamin Franklin)

Bir qoyunum və bir inəyim olduğundan bəri hamı mənə salam verir. (Bencamin Franklin)

Bir insanın keyfiyyətini anlamaq istəyirsinizsə, verdiyi suallara baxın. (Ergün Gülər)

Bir liderin ən əhəmiyyətli vəzifəsi, ümidi yaymaqdır. (Ergün Gülər)

Bütün insanların düşünəcəyi bir ağılı vardır və istifadə etməyi bilmək lazımdır. (Aristotel)

Bir "dost" kimdir? İki bədəndə var olan tək bir ruhdur. (Aristotel)

Bir çox adamın həyatı, istəklərini doyurma yollarını axtarmaqla keçər. (Aristotel)

Bütün dahilər bir az dəlidir. (Aristotel)

Birinin məhvi başqasının yaranması deməkdir. (Aristotel)

Bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir. (Aristotel)

Bir insan, bir insanı yalnız ikən xatırlayırsa, sevməmişdir. Qəfil ağlına gətirib özünü yalnız hiss edirsə, bax, o zaman sevmişdir. (Turqut Uyar)

Bilirik nəyi bölüşdüyümzü; danışmasaq da. (Turqut Uyar)

Bir yağış yağsa da, birlikdə islansaq.. (Turqut Uyar)

Bəzən, sadəcə onun səndə buraxdığı izlər üçün darıxarsan. Hər mahnıda ayrı bir xatirə gizlidir sanki; istəsən də silə bilməzsən. (Turqut Uyar)

Bəlkə yağışa da ehtiyac qalmazdı; insanlar bu qədər kirli olmasaydı. (Turqut Uyar)

Bəlkə də əsl ustalıq budur - hər zaman təcrübəsiz olmağı bilmək. (Turqut Uyar)

Bir quzunun əmr etdiyi bir aslan ordusu məni qorxutmaz. Amma eyni şeyi, bir aslan tərəfindən əmr edilən quzu ordusu üçün söyləyə bilmərəm. (Makedoniyalı İsgəndər)

Bir insanı olduğu mövqe ilə deyil, göz qoyduğu mövqe ilə ölçmək lazımdır. (Lev Tolstoy)

Böyük izlər qoyan böyük fikirlər həmişə sadədir. (Lev Tolstoy)

Biz həm qurdların doymasını, həm də qoyunların sağ qalmasını istəyirik. (Lev Tolstoy)

Bilməkdən qorxma, səhv bilməkdən qorx! Çünki bütün fəlakətlər ondan baş verir. (Lev Tolstoy)

Biliklərin çoxluğu yox, keyfiyyəti əhəmiyyətlidir. Çox şey bilən, ən lazımlı şeyləri bilməyə bilər. (Lev Tolstoy)

Başqa hər şey də olduğu kimi riyazi bir nəzəriyyə üçün də elədir; gözəllik qəbul edilə bilər lakin açıqlana bilməz. (Lev Tolstoy)

Bir vaxt gələcəkdir ki, elm xəyalı qabaqlayacaq. (Jül Vern)

Bədəni öldürənlərdən çox, ruhu öldürənlərdən qorxun. (Platon)

Başqalarının xoşbəxtliyi üçün çalışmaqla biz öz xoşbəxtliyimizi tapırıq. (Platon)

Bilinən bir şey haqqında araşdırma etmək gərəksiz bilinməyən bir şey haqqında araşdırma etmək qeyri-mümkündür. (Platon)

Bütün bəzən birdir bəzən çoxdur anlaşılmazlıq altında da öz özün düşmənidir. (Platon)


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3081
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar