“Avroviziya” müsabiqəsinin Azərbaycan nümayəndə heyətinin rəhbəri İsa Məlikov bu vəzifədən getdiyini bildirib.
Lent.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, paylaşımında bu sözləri yazıb:
"Bu layihə ilə bağlı mənim 2009-cu ildən başlayaraq yalnız ən xoş təəssüratlarım və xatirələrim var, amma artıq irəliyə doğru getməyin vaxtıdır. Artıq bir neçə il üzərində işlədiyim layihələrin reallaşmasına vaxt ayıracağam”.
Qeyd edək ki, İsa Məlikov bu vəzifəyə ötən ildə təyin olunub.