Xalq yazıçısı, Yazıçılar Birliyinin katibi, Azərbaycan PEN Klubun prezidenti, Çingiz Abdullayev bu gün Bakı şəhər Mədəniyyət Baş İdarəsinin başlatdığı #menimsevimliyazarim çağırışına evdən qoşularaq oxucuları ilə görüşəcək.
İdarədən Lent.az-a bildirilib ki, Çingiz Abdullayevlə görüş saat 16.10-da Baş İdarənin @bakimedeniyyetidaresi “Instagram” hesabından canlı yayımlanacaq. Oxucular yazıçı ilə ünsiyyət qurub, ona yaradıcılığı haqqında suallar verib, arzu və istəklərini canlı bağlantıda bildirə bilərlər.