Bir neçə gün əvvəl səhhətində problem yaranan Xalq artisti Əbdül Mahmudov xəstəxanaya yerləşdirilib.
Lent.az-la söhbətində aktyor mədə-bağırsaq ağrılarından və nəfəs yollarının soyuqlamasından əziyyət çəkdiyini deyib.
Aktyor dünən axşam saatlarında Respublika Müalicəvi Diaqnostika Tibb Mərkəzinə yerləşdirilib: “Dünəndən qan analizlərim götürülüb, sistem qoşulub. Gözləyirəm ki, analizlərin cavabı bilinsin, diaqnoz qoyulsun, müalicəni çıxıb ev şəraitində alaram, çünki burda çox darıxıram”.
Xatırladaq ki, aktyorun müalicəsi dövlətin nəzarətindədir.