Türkiyə səfirliyinin keçmiş mədəniyyət müşaviri İrfan Ciftçi dünyasını dəyişib.
Lent.az-ın məlumatıan görə İrfan Ciftçi ürək çatışmazlığından rəhmətə gedib.
Araşdırmaçı - yazar İrfan Ciftçi 1965-ci il mayın 27-də Karsda dünyaya gəlib. İstanbul universitetinin iqtisadiyyat fakültəsinin məzunudur. Mərmərə "Ekspress" qəzetində ilk dəfə işə başlayıb. Sonralar Türkiyə mətbuatında bir çox qəzetlərdə çalışıb. Universitetlərdə dərs deyib. Son illər Türkiyənin Azərbaycandakı səfirliyində mədəniyyət müşaviri kimi fəaliyyət göstərirdi.
"Fateh və fəth", "Yaşasın Cümhuriyyət sərgiləri", "Üç İstanbul" kimi kitabların müəllifidir.