Şair, bəstəkar İsmayıl Dadaşov dünyasını dəyişib.
Lent.az xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyasının sosial media hesabında məlumat verilib.
Qeyd edək ki, İsmayıl Dadaşov uzun illər Azərbaycan Dövlət Televiziyasında musiqi redaktoru kimi çalışıb. Sonralar “Azərbaycanfilm” kinostudiyasında işləyib.
Əhməd Orucoğlunun "Pul dəlisi", "Qonşular", "Qaynana əməliyyatı", Marat Haqverdiyevin "Qısqanc ürəklər" və s. tamaşalar üçün söz yazan şair, həm də bir çox bədii filmlər üçün sözlər yazıb. Əlibaba Məmmədov, Oqtay Rəcəbov, Rauf Hacıyev, Emin Sabitoğlu, Mobil Babayev, Tofiq Babayev, Eldar Mansurov, Vaqif Gərayzadə, Vüqar Camalzadə, Cəmil Əmirov, Faiq Sücəddinov, Cavanşir Quliyev, Hüseyn Abdullayev, Elçin İmanov, Nailə Mirməmmədli və b. bəstəkarlarla birlikdə ərsəyə yüzlərcə gözəl mahnılar çıxarıb və həmin mahnılar ən məşhur müğənnilər tərəfindən ifa olunub.
Allah rəhmət eləsin!