Məşhur rusiyalı rejissor İvan Şeqolev vəfat edib.
Lent.az Rusiya mətbuatına istinadla xəbər verir ki, rejissor 59 yaşında COVID-19-a yoluxub.
Prodüsser Yefim Lublinskinin dediyinə görə, rejissor koronavirusun ağırlaşması səbəbindən dünyasını dəyişib: “Kinoda və televiziyada onun çox işləri oldu. Uğurlu layihələrin altından imzasını atdı. Kinoda da, televiziyada da yarımçıq işləri qalıb”.
İvan Şeqolev kinokaryerasına “Arvadbaz-2” filmi ilə naşlayıb. İkinci uğurlu filmi Yevgeni Leonovun iştirakı ilə “Amerikalı baba” olub.