Məlum olduğu kimi, bu il aprel ayının 6-da Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyi ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi elan edib.
Lent.az xəbər veiri ki, müsabiqəyə hazırda 67 hekayə təqdim olunub. Hekayələrin çoxluğu nəzərə alınaraq, qısa zamanda onların qiymətləndirilməsi məqsədilə əsərlərin Müsabiqə Komissiyasına təqdim olunması nəzərdə tutulur.
Məlumat üçün qeyd edirik ki, müsabiqəyə təqdim olunan hekayələr daha əvvəl nəşr olunmamalı, mətnin həcmi 25 min işarədən çox olmamalıdır. Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.
Müsabiqəyə hekayələrin qəbulu 2020-ci il mayın 29-da sona çatacaq.
Müsabiqə barədə əlavə məlumatı aşağıdakı videoçarxdan əldə edə bilərsiniz.