Bred Pitt “Oskar” aldı
10 fevral 2020 09:32 (UTC +04:00)

Bred Pitt “Oskar” aldı

Amerika kino ulduzu Bred Pitt Amerika Kino Sənəti Akademiyasının “Oskar” mükafatını qazanıb.

Lent.az RİA Novostiyə istinadla xəbər verir ki, bütün aktyorların arzusu olan bu mükafata aktyor “Bir dəfə Hollivudda” filmindəki ikinci dərəcəli roluna görə layiq görülüb.

Mükafatın 92-ci təqdimetmə mərasimi Los-Ancelesin “Dolbi” teatrında keçirilib.

İkinci dərəcəli rola görə mükafata layiq görülənlər arasında, həmçinin Tom Henks (“Qonşuluq üzrə çox gözəl gün”), Al Paçino (“İrlandiyalı”), Co Peşi (“İrlandiyalı”) və Entoni Xopkins (“İki ata”) də var.

Qeyd edək ki, rejissor Kventin Tarantinonun “Bir dəfə Hollivudda” filmi ən çox məşhurun bir yerdə çəkildiyi ekran əsəridir.  Filmdə Leonardo di Kaprio, Bred Pitt, Marqo Robbi, Al Paçino və Kurt Rassel kimi dünya şöhrətli aktyorlar rol alıb.

Onu da deyək ki, bu Bred Pittin ilk "Oskar"ı deyil. Buna qədər üç dəfə aktyor kimi, bir də  "12 il koləlikdə" filminin prodüsseri kimi bu mükafatı qazanmışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3827
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar