Pandemiya təbii fəlakət olmaqla yanaşı insan həyatının bütün sahələrini bürüyən kəskin böhranı ortaya çıxartdı. Bu baxımdan onun fəlsəfi, düşündürücü əhəmiyyəti böyükdür. Lent.az-ın məlumatına görə “Pandemiya” filmi bu fəlsəfə üzərində qurulub.
Rejissor Rza Rzayevin çəkdiyi "Pandemiya" adlı film göstərir ki, əsas ölüm təhlükəsi pandemiyanın özündə deyil, cəmiyyət sağlam ümmumineti ilə hər hansı virusun xaricdən gətirdiyi ölüm təhlükəsinin qarşısını ala bilər: “ Ölüm pandemiyaya qədərki cəmiyyətdə, onun ictimai münasibətlərində, fərdlərinin mənəviyyatında naqislik və eybəcərliklərin yetişməsindədir. Cəmiyyət orqanizmi daxildə öz ölümcül xəstəliklərini daşıyır. Pandemiya kəskin bir xarici amil olaraq sadəcə daxildə yetişən bu ölümü üzə çıxarır”.
Filmin ssenari müəllifi və quruluşçu rejissor Rza Rzayev, quruluşçu operator Raid Abbasov, mətn Arzu Əsəd, bəstəkar Firudin Allahverdidir. Baş prodüsser Rövşən Tağıyev və Rza Rzayev, layihə rəhbəri Rüstəm Əliyev, ikinci rejissor Bəhruz Vaqifoğlu, redaktoru Günay Ardadır.
Filmin nümayişi pandeniyadan sonradır.