Ağdamda ilk teatr 1902-ci ildə yerli ziyalıların və Əbdürrəhim bəy Haqverdiyevin köməkliyi və yaxından iştirakı ilə yaradılıb.
İki illik gərgin işdən sonra 1904-cü ildə M.F. Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" və Ə.Haqverdiyevin "Dağılan tifaq" pyeslərinin tamaşaları ilə teatr tamaşaçıların üzünə açılıb. Uzun illər ictimai əsaslarla fəaliyyət göstərib.
1968-ci ildə isə Nazirlər Kabinetinin müvafiq fərmanı ilə artıq Ə. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı olaraq fəaliyyətə başlayıb, 1969-cu il martın 26-sı və 27-də İ.Əfəndiyevin "Sən həmişə mənimləsən və ya Boy çiçəyi", B.Vahabzadənin "Vicdan" pyeslərinin tamaşası ilə Dövlət dram teatrı kimi fəaliyyətini davam etdirib.
Ağdamın mərkəzinin işğalından sonra teatr müxtəlif məkanlarda, hazırda Quzanlı qəsəbəsində fəlaiyyət göstərir. Teatrın əsas binası işğal zamanı erməni vandalları tərəfindən dağıdılıb.