2025-ci ilin ən vacib  filmlərindən biri - "Müqəddəs əncirin toxumu" -  VİDEO
28 aprel 2025 13:30 (UTC +04:00)

2025-ci ilin ən vacib filmlərindən biri - "Müqəddəs əncirin toxumu" - VİDEO

2025-ci il aprelin 24-də Ukraynada Məhəmməd Rəsulofun siyasi dramı "Müqəddəs Əncirin Toxumu" kinoteatrlarda nümayiş olunub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, film Almaniya adından "Oskar"a namizəd göstərilib və İranda totalitar rejimdə yaşanan ailə və cəmiyyət böhranını təsvir edir.

Əsərdə Tehrandakı İnqilab Məhkəməsinin hakimi İmanın ailəsi ilə münasibətlərində güvənsizlik və zorakılıq artır, nəticədə qadınların üsyanı baş verir.

Rejissor Məhəmməd Rəsulof uzun illərdir İran rejimini tənqid etdiyi üçün təzyiqlərə məruz qalıb. O, filmlərini ("Şəfəq", "Dəmir ada", "Vida", "Əlyazmalar Yanmır", "Rüşvətsiz", "Şər Yoxdur") gizli və risk altında çəkib. "Müqəddəs əncirin toxumu"nu da İranda gizli çəkərək, təhlükələrdən qaçıb və nəticədə piyada yolla ölkəni tərk edib.

Film 2024-cü ildə Kann Film Festivalında xüsusi mükafatlar qazanıb, San-Sebastyan və Sidney festivallarında da tamaşaçı mükafatlarına layiq görülüb. IMDb-də 7,6, Rotten Tomatoes-da 97 faiz tənqidçi razılığı, "Metacritic"də 84/100 bal alıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1342

Oxşar yazılar

Dalinin unudulmuş əsəri 30 min funt sterlinqə  satıla bilər

Dalinin unudulmuş əsəri 30 min funt sterlinqə satıla bilər

30 iyul 2025 , 04:51
Arif Babayevin SON DURUMU

Arif Babayevin SON DURUMU

29 iyul 2025 , 11:01
Azərbaycanda xanəndə vəfat etdi

Azərbaycanda xanəndə vəfat etdi

29 iyul 2025 , 10:42
Xalq artistinin oğlu vəfat etdi

Xalq artistinin oğlu vəfat etdi

29 iyul 2025 , 09:14
Xalq artisti Arif Babayevin son vəziyyəti

Xalq artisti Arif Babayevin son vəziyyəti

28 iyul 2025 , 11:06
Arif Babayev

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır

27 iyul 2025 , 14:44
Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB

Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB

26 iyul 2025 , 14:38
Allahverdi Yolçuyevə iş tapıldı - ÖZÜ DANIŞDI

Allahverdi Yolçuyevə iş tapıldı - ÖZÜ DANIŞDI

26 iyul 2025 , 11:34