“Mirzə Fətəli Axundzadə dərsləri” keçirilir
09 avqust 2011 19:25 (UTC +04:00)

“Mirzə Fətəli Axundzadə dərsləri” keçirilir

Lent.az-ın Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin saytına istinadən verdiyi məlumata görə, növbəti dərsdə dramaturq-ssenarist Ramiz Fətəliyev gənc dramaturqların dram əsərləri ilə tanış olub və onlara məsləhətlərini verib. Bildirib ki, “Mirzə Fətəli Axundzadə dərsləri” gənc dramaturqlara dram əsərləri üzərində yaradıcılıq işini daha geniş və əhatəli, məzmunlu və maraqlı, günün tələblərinə cavab verə biləcək səviyyədə aparmağa böyük imkanlar yaradır.


Növbəti dərslər avqustun 10-da təşkil ediləcək. Həmin gün seçilmiş əsərlər Rusiya Teatr Xadimləri İttifaqında keçiriləcək MDB, Baltikyanı və Gürcüstanın gənc teatr xadimlərinin işlərinə baxış müsabiqəsinə göndəriləcək. Azərbaycandan bu müsabiqəyə 3 əsər təqdim olunacaq.


Qeyd edək ki, bu dərslərin məqsədi 2012-ci ildə anadan olmasının 200 illiyini qeyd edəcəyimiz Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin yubileyi ərəfəsində səviyyəli dram əsəri üzə çıxarıb teatrlardan birinin repertuarına daxil etməkdir.
# 712

Oxşar yazılar