“Aypara” instrumental muğam ansamblı Moskvada konsert verib
Ansambl bu dəfə Moskvada Azərbaycanın Respublika günü münasibətilə bayram konserti veriblər. Konsertdə xanəndə Aytən Məhərrəmova , Ədalət Behbudov (tar), Pərviz Fərhadov (kamança) və Əlipaşa Talıbov (nağara) iştirak edib.
Moskvadan yenicə qayıdan qrup üzvləri konsert barədə Lent.az-a danışıblar. Kamança ifaçısı Pərviz Fərhadov bildirib ki, konsert Moskvadakı “Baku” kinoteatrında baş tutub: “Konsert çox yaxşı keçdi və Moskva tamaşaçıları tərəfindən böyük maraqla qarşılandı. Tamaşaçılar arasında həmyerlilərimiz də vardı. Bu, bizim may ayında verdiyimiz ikinci konsertdi. İlk konsertimiz Füzulidə baş tutmuşdu. Ümid edirik ki, axarıncı olacaq”.
Qeyd edək ki, “Aypara” ansamblında fəaliyyət göstərən gənc ifaçılar hazırda xalq artisti, professor Siyavuş Kəriminin rəhbərlik etdiyi Azərbaycan Milli Konservatoriyasının tələbələridir. Gənclər sənətin sirlərini müəllimləri xalq artisti Mənsum İbrahimovdan, əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovdan öyrənirlər.
Xəyalə Muradlı

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06