Ağdamda “Ağdam-Qafqaz Xirosiması” sərgisi keçirilir - FOTO
Bu gün Ağdamın Quzanlı qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə İnam Plüralizm Mərkəzinin sədri Vahid Qazinin həyata keçirdiyi, “Qarabağ İctimai Forumu”nun (QİF) təşkilatı dəstək verdiyi “Ağdam - Qafqaz Xirosiması və ruhlar şəhəri” sərgisinin açılışı olub.
Sərgini Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov açıb. O, rayon ictimaiyyətinin qarşısında ətraflı çıxış edərək layihənin əhəmiyyətindən danışıb.
Layihənin rəhbəri Vahid Qazi həyata keçirilən layihənin məqsədinin Qarabağ həqiqətlərini daha sadə yolla, erməni vandalizmini əks etdirən fotofaktlarla dünya ictimaiyyətinə çatdırmaqdan ibarət olduğunu deyib. V.Qazi sərgidə Ağdamda işğaldan əvvəl və işğaldan sonra çəkilmiş, xüsusi formada hazırlanmış 60 fotonun nümayiş etdirildiyini bildirib.
Sərgidə layihə çərçivəsində İngilis, Alman, Rus və Azərbaycan dilində hazırlanmış, Ağdam şəhərinin işğaldan əvvəlki və işğaldan sonrakı vəziyyətini əks etdirən 8 dəqiqəlik film nümayiş etdirilib. Sərgi 3 gün davam edəcək.
Xatırladaq ki, “Ağdam - Qafqaz Xirosiması və ruhlar şəhəri” sərgi ilk dəfə ötən il iyulun 23-dən 30-dək Bakıda, Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda keçirilib. Həmin il oktyabrın 28-də “Ağdam - Qafqaz Xirosiması və ruhlar şəhəri” fotosərgisi Almaniya paytaxtı Berlində, Azərbaycan səfirliyinin binasında da keçirilib.

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23