Yanacaqdoldurma məntəqəsi və yük maşınlarını vurdular-VİDEO
13 sentyabr 2026 11:40 (UTC +04:00)

Yanacaqdoldurma məntəqəsi və yük maşınlarını vurdular-VİDEO

0

Rusiya Ordusu Ukraynanın Volın vilayətində, Polşa ilə sərhəddə yerləşən “Yaqodin” keçid məntəqəsinin yaxınlığındakı yanacaqdoldurma məntəqəsinə zərbə endirib.

Lent.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Nəticədə yanacaqdoldurma məntəqəsi və bir neçə yük avtomobili yanıb.

Görüntülərdə yanacaqdoldurma məntəqəsini və onun yaxınlığında dayanan yük avtomobillərini əhatə edən genişmiqyaslı yanğın əks olunub. Kadrlarda baş verənləri müşahidə edən insanlar da görünür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar