Avropa Parlamentində mədəniyyətlərarası dialoq mövzusunda konfrans keçirilib
Mədəniyyət və turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın Lent.az-a verdiyi məlumata görə, konfransa məruzəçi qismində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Mədəniyyət və Turizm Nazirliyinin Qeyri Maddi İrs Sektorunun müdiri Yaşar Hüseynli, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Ziyad Əhmədov, Rus Pravoslav Kilsəsinin Bakı-Xəzəryanı Yeparxiyası dini icmasının nümayəndəsi keşiş Mefodi, Azərbaycanın Dağ Yəhudiləri dini icmasının sədr müavini Semyon Şalmeyev, Avropa Aşkenaz Yəhudiləri dini icmasının Bakı nümayəndəliyinin sədr müavini Yevgeni Brenneysen və Azərbaycan Alban-udin xristian İcmasının başçısı Robert Mobili dəvət olunublar.
Konfransı millət vəkili İsmayıl Ərtuğ açaraq, ilk dəfə Avropa Parlamentində mədəniyyətlərarası dialoq mövzusunda keçirilən konfransa ev sahibliyi etməkdən şərəf duyduğunu qeyd edib.
Ölkəmizin Belçikadakı səfiri və Aİ yanında missiyasının rəhbəri Emin Eyyubov Azərbaycanın din və mədəniyyətlərin birgə yaşadığı və tolerantlığın ən bariz nümunəsi olan nadir məkanlardan biri olduğunu bildirib. Onun sözlərinə, görə Azərbaycandan gəlmiş müsəlman, xristian, yəhudi və alban-udin dini icmalarının nümayəndələrinin konfransda iştirakı bunu bir daha sübut edir.
Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi isə azərbaycanlıların zəngin mədəni irsə sahib olduğunu, fərqli mədəniyyətlərə və dinlərə hər zaman hörmətlə yanaşdıqlarını vurğulayıb.
Tədbirə qatılmış Avropa Parlamentinin bir sıra millət vəkilləri də söz alaraq, Azərbaycanın doğrudan da tolerantlıq, dinlər və mədəniyyətlərarası dialoqda digər ölkələr üçün nümunə olduğunu və bu təcrübədən yararlanmağın vacibliyini qeyd ediblər.
Xəyalə

749