“Qızıl Kəlmə” ədəbi mükafatı yenidən elan olundu
Müsabiqə 2009 - 2011-ci illər üzrə yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərələri yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədilə keçirilir. Nazirlikdən Lent.az-a verilən məlumata görə, müsabiqəyə əsərlərin qəbulu artıq başlayıb. Yaş məhdudiyyəti yoxdur. Müsabiqəyə son iki il ərzində çap olunmuş kitablar və ya mətbuat orqanlarında çap olunmuş əsərlər təqdim oluna bilər. Lakin namizədi ədəbi işlə məşğul olan hər hansı bir təşkilat, qəzet, jurnal redaktoru, nəşriyyat, poliqrafiya müəssisəsi, eyni zamanda keçən il bu mükafata layiq görülmüş laureat təqdim edə bilər.
Qaliblər nəsr (roman, povest, hekayə və hekayələr silsiləsi), poeziya əsərləri (poema, şeir, mahnı mətni), tənqid, ədəbiyyatşünaslıq və publisistika, orijinaldan bədii tərcümə nominasiyaları üzrə təyin olunacaq. Qaliblər rəmzi simvol olan döş nişanı, diplom və pul mükafatı ilə təltif ediləcəklər.
Xəyalə

Oxşar yazılar

İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23
Yuxunuzu qaçıracaq 5 QORXULU film - VİDEO
24 iyun 2025 , 15:55