Tofiq Quliyev anıldı –
Lent.az-ın məlumatına görə, görüş görkəmli bəstəkar Tofiq Quliyevin anım günü münasibətilə keçirilib.
Tədbirdə Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə Tofiq Quliyevin yaradıcılığından söz açıb. Bildirib ki, Tofiq Quliyev musiqi sənətinin hər sahəsində fəaliyyət göstərib: “Tofiq Quliyev dirijor, bəstəkar, estrada, caz musiqisinin banisi, Bəstəkarlar İttifaqının rəhbəri kimi çalışıb. Musiqi mədəniyyətimizdə dərin və dəyərli izlər qoyub. Onun musiqiləri sevilir, dinlənilir, hər zaman da belə olacaq”.
Daha sonra bəstəkarın oğlu, görkəmli rejissor Eldar Quliyev atasının doğum günü barədə maraqlı bir məqamı diqqətə çatdırıb: “Hamı elə bilir ki, atamın doğum günü noyabrın 7-dədir. Ancaq nənəm danışırdı ki, o, noyabrın 5-də doğulub. Sadəcə hansısa səbəblərə görə, bu tarix sənəddə noyabrın 7-si kimi qeyd edilib”.
Çıxışlardan sonra Eldar Quliyevin atası haqqında çəkdiyi 35 dəqiqəlik “Nəğməli ömür” sənədli filmi nümayiş olunub.
Xəyalə

Oxşar yazılar

“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07