“40-cı qapı”nın 10-cu mükafatı
27 sentyabr 2010 16:59 (UTC +04:00)

“40-cı qapı”nın 10-cu mükafatı

Film Jury NETPAC-ın (Asiya Filmlərinin Təbliği və İnkişafı Şəbəkəsi) mükafatına layiq görülüb.
“Ritm production” kino şirkətinin direktoru Xaqani Həşimovun Lent.az-a verdiyi məlumata görə, film 22 və 23 sentyabr tarixlərində ayrı-ayrı kinozallarda nümayiş olunub, festival iştirakçıları, yerli kinematoqrafçılar və digər tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb. Nümayişin səhəri günü yerli televiziyaların və mətbuat nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib. Filmin rejissoru Elçin Musaoğlu və prodüseri Xaqani Həşimov jurnalistlərin suallarını cavablandırıb.
Sonda müsabiqənin nəticələri açıqlanıb və “40-cı qapı” filmi Jury NETPAC –ın (Asiya Filmlərinin Təbliği və İnkişafı Şəbəkəsi) mükafatına layiq görülüb.
Film Almatı festivalında iştirak edən nümayəndələr tərəfindən Nyu-York, Hindistan və Yaponiya festivallarına da dəvət alıb.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Ritm Production” da çəkilmiş “40-cı qapı” bədii filmi bu vaxta qədər dünyanın 27 nüfuzlu , beynəlxalq film festivallarında iştirak edib, müxtəlif nominasiyalarda 10 mükafat və 6 diplom qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1061

Oxşar yazılar