Fevralın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baletinin tamaşası olacaq.
Teatrdan Lent.az-a verilən məlumata görə, tamaşada baş rolları ifa etmək üçün rus baletinin ulduzları - Rusiya Dövlət Akademik Böyük Teatrının prima-balerinası, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Kristina Kretova (Odetta-Odilliya) və Sankt-Peterburqun Mariinski adına Opera və Balet Teatrının aparıcı solisti, Azərbaycanın Əməkdar artisti, həmyerlimiz Timur Əsgərovu (Şahzadə Ziqfrid) dəvət edilib.
Tamaşada Azərbaycan Opera və Balet Teatrı balet truppasının aparıcı solistləri - Xalq artisti Gülağası Mirzəyev, əməkdar artistlər - Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, Elmira Süleymanova, Cəmilə Kərimova, solistlər Timur Oduşev, Ayan Eyvazova, Yuliya Ferştandt və başqaları çıxış edəcəklər.
- 24 illik evlilikdə xəyanət böhranı - Böyük təzminat istədi...
- "Titanik" və "Avatar"ın rejissoru Trampa görə ABŞ-ı tərk etdi
- “Saçımın rəngini açmışam, kefimə düşsə, çəhrayı rəngə boyayaram” - "Sovetski" uşağı bloqer Nihatla MÜSAHİBƏ
Tamaşanı teatrın baş dirijoru, respublikanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.