Yuxuda ağlamaq   nə mənaya gəlir?
15 aprel 2022 09:44 (UTC +04:00)

Yuxuda ağlamaq nə mənaya gəlir?

Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Belə deyilir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir. 

Yuxularda bir çox şey görürük. Bunlardan biri də yuxuda ağlamaqdır. 

Lent.az yuxuda ağlamağın hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni sizə təqdim edir: 

Yuxuda ağlamaq həyatınızda yaxşı şeylərin olacağına işarəsidir. Yuxuda qışqıraraq ağladığınızı görmək dərd və qəmdən xilas olmaqdır. 

Xəyalınızda xoşbəxtlik göz yaşları tökürsünüzsə, bu, tezliklə bir işə başlayacağınızdan və bundan məmnun qalacağınız kimi yozulur. Kədər içində ağlayırsınızsa, böyük bir mənəvi rahatlıq və əmin-amanlıq yaşayacağınız deməkdir.

Yuxuda birini qucaqlayarkən ağlamaq kömək əli və bəla kimi yozulur. Yaxınlarınızdan kömək istəyə bilərsiniz və ya bir məsələdə kiminsə fikrinə ehtiyacınız ola bilər. Qarşılıqlı söhbət və əməkdaşlıq nəticəsində özünüzü çox rahat hiss edə və çətinliklərinizdən azad ola bilərsiniz. Tək öhdəsindən gələ bilməyəcəyiniz, üzərinizə böyük vəzifələr qoyan və sizi çox yoracaq bir işə cəhd etmək sizin üçün çətin ola bilər. Amma qətiyyən kömək almaqdan və probleminizi kiməsə danışmaqdan çəkinib utanmayın. 

Bir yuxuda sevinc göz yaşı tökdüyünüzü görmək çox uğura və bolluğa işarədir. Xəyalınızda  sevincdən ağlayırsınızsa, real həyatda xoşbəxtlik göz yaşları tökəcəyinizə işarədir. Maddi, mənəvi qazanc əldə edə bilərsiniz və nəticədə xoşbəxtlik göz yaşları tökə bilərsiniz. Bir xəyalda xoşbəxtlik ağlamaq həm də ətrafınızdakı insanların sizin üçün xoşbəxt olacağı və sevincinizdən məmnun qalacağı mənasına gəlir.

Yuxuda ağlamaq adətən sevincə, həyatda xoş olacaq bir hadisəyə yozulur. Yuxuda ağladığını görən şəxs pula, fərəhə, Allahın rəhmətinə qovuşmaq kimi yozulur. Hönkür-hönkür ağlamaq və fəryad etmək isə bu işin yaxşı olmayacağı və həqiqətən ağlamağın göstəricisidir.

Amma yuxuda səssiz ağlamaq adətən xeyrə işarə edər. Xəyalda səssiz ağlamaq, insanlarla bölüşmək istəməməyiniz, gizli saxladığınız bir problemin olması deməkdir. Heç kimin eşitməsini istəmədiyiniz bir sirriniz ola bilər və bunu saxlamaqdan əziyyət çəkirsiniz. 

Qəbir başında ağlamaq görülən bir işə peşman olmaq deməkdir. Əvvəllər verdiyiniz hər hansı bir qərar sizi çətin vəziyyətə sala bilər. Bu səbəbdən verdiyiniz qərardan peşman olub özünüzü sıxıntıya sala bilərsiniz.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3873
avatar

Sevinc Fərid

Oxşar yazılar