Yağış necə yaranır? - CAVAB
13 sentyabr 2023 11:01 (UTC +04:00)

Yağış necə yaranır? - CAVAB

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti mövzusu yağışın yaranması ilə bağlıdır.

Payız gəlməyinə çox az qalmış özünü yada salır. Son günlər ölkəmizdə yağışların ardı-arası kəsilmir.

Maraqlıdır bəs, yağış necə yaranır?

Lent.az yağışın yaranışını təqdim edir:

Yağış – buludlardan yer səthinə diametri 0,5 mm-dən çox olan su damlası şəklində düşən atmosfer yağıntısıdır. Kiçik diametrli (0,05 mm-ə qədər) damlalar çiskin adlanır. Adətən laylı buludlardan çox xırda damcılar şəklində düşən yağıntıdır.

Tipik yağış damlalarının diametri 1–2 mm, ən irisi 6–7 mm olur. İntensivliyi adətən 1–3 mm/dəqiqə və daha çox olan yağış leysan adlanır. Leysan — qısamüddətli atmosfer yağıntısıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7395
avatar

Fidan İlqar

Oxşar yazılar