Velosipedlər üçün  sualtı qaraj   tikildi
25 yanvar 2023 18:36 (UTC +04:00)

Velosipedlər üçün sualtı qaraj tikildi

Amsterdamda yeddi min velosiped üçün qaraj tikilib. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, parkın əsas xüsusiyyəti suyun altında olmasıdır.

Qarajın tikintisi üçün limanın bir hissəsindən su çəkilib. Sonra oraya beton divarlar vurulub, döşəmə döşənib və sütunlar qoyulub. Rahatlıq üçün bəzi materiallar barjlarla çatdırılıb. 

Bu cür yeni infrastrukturun tikilməsi şəhər sakinlərini avtomobildən imtina etməyə təşviq etməkdir.

Qeyd edək ki, qaraj ilk 24 saat pulsuz olacaq, bundan sonra sutkalıq 1,35 avroya başa gələcək.

# 1740
avatar

Arzu Qurbanlı

Oxşar yazılar