Üzük həm kişi, həm də qadınlar üçün ən sevimli və rahat aksessuarlardan biridir. Üzüyü hansı barmağa taxmağın fərqi və mənası var.
Lent.az bu barədə məlumat verir.
Baş barmağa üzüyü az insan taxır. Halbuki baş barmağa taxılan üzük liderlik, iqtisadi güc və tərəqqi anlamı verir. Tarix boyu qüdrətli sultanlar və krallar üzüyü baş barmaqlarına taxıblar. Bunu adətən kişilər edir.
Şəhadət barmağa taxılan üzük iradə, bilik və özünü azad idarə etməkdən xəbər verir.
Orta barmağa taxılan üzük balans, nizam-intizam, dayanıqlılıq, stabillik və özgüvən vəd edir.
Adsız barmağa taxılan üzük ağıl, əməkdaşlıq, uğurlu tərəfdaşlıq, uğurla nəticələnən cəhdləri ifadə edir.
Çeçələ barmağa üzük taxmaq dərin hisslərdən, mərhəmət, sevgi, coşqun emosiyalardan xəbər verir. Nəsildən-nəsilə ötürülən ailə üzükləri də çeçələ barmaqlara taxılmalıdır.