Mütəxəssislər istifadə olunmuş uşaq bezlərinin beton məhlulda istifadə edilə biləcəyini aşkar ediblər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, orta hesabla kiçik mərtəbəli evin 27 faizi işlənmiş uşaq bezləri ilə əvəz edilməsi tikinti keyfiyyətini aşağı salmır.
Belə ki, birdəfəlik uşaq bezləri ağac sellülozu, pambıq, viskoz rayon, poliester, polietilen və polipropilen kimi plastiklərdən istehsal olunur. Bu bezləri bir az emal etməklə tikinti zamanı betonun əvəzinə istifadə etmək olar.
Tədqiqatçılar təklif etdikləri yeni beton məhlulları üçün birdəfəlik uşaq bezi tullantıları, sement, qum, çınqıl və sudan istifadə ediblər. Nəticələrə görə, birdəfəlik uşaq bezi tullantıları bina tikintisində beton üçün tələb olunan əhəmiyyətli miqdarda qumu əvəz edə bilər.