Tofaş avtomobilləri yenidən istehsal ediləcək? – Açıqlama
02 sentyabr 2025 01:56 (UTC +04:00)

Tofaş avtomobilləri yenidən istehsal ediləcək? – Açıqlama

Türkiyənin ən sevilən avtomobilləri olan Tofaş Şahin, Doğan və Kartalın yenidən istehsal ediləcəyi ilə bağlı söz-söhbətlər yayılmağa başlayıb.

Lent.az xəbər verir ki, sonuncu dəfə 2003-cü ildə istehsal edilən və istehsalı dayandırılan Tofaş Türkiyə və bir sıra xarici ölkədə çoxlarının gözlədiyi modeldir.

Son dönəmlərdə sosial şəbəkələrdə Tofaşın yeni dizaynı və yenidən istehsal ediləcəyi ilə bağlı şayiələr sürətlə yayılır. Bəs bütün bunlar həqiqəti əks etdirirmi?

Təəssüf ki, Şahin, Doğan və Kartal avtomobillərinin istehsalına başlanacağı və onların yeni nəsil dizayn və xüsusiyyətlərə sahib olacağı ilə bağlı xəbərlər həqiqətə uyğun deyil.

Yeni avtomobilin istehsalı milyonlarla dollar investisiya, yüzlərlə sektorda səfərbərlik və subpodratçılardan tutmuş istehsala qədər hər şey üzərində işləməyi tələb edir. Qısamüddətli planlarla yeni avtomobil seriyası buraxmaq isə mümkünsüz görünür.

Sosial şəbəkələrdə yayılan şəkillər isə süni intellekt vasitəsilə hazırlanıb və bunun reallıqda heç bir əlaqəsi yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 262

Oxşar yazılar