Televiziyada  QALMAQAL:   Aparıcı...
28 oktyabr 2021 13:51 (UTC +04:00)

Televiziyada QALMAQAL: Aparıcı...

İspaniyanın dövlət kanalı RTVE-nin müxbiri Lorena Qonzales qalmaqaldan dərhal sonra işdən çıxarılıb.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, İspaniyanın dövlət radio və televiziya agentliyi RTVE-nin müxbiri Lorena Qonzalesin "Real Madrid"in yeni transferi Eduardo Kamavinqanın təqdimat mərasimində səsləndirdiyi irqçi ifadələr ölkəni şoka salıb.

Kamavinqanın imza mərasiminə ictimai kanal adından gedən Lorena Qonzales mikrofonun bağlı olduğunu düşünərək "Bu oğlan kostyumdan da qaradır" deyib. Bu irqçi şərh təsadüfən RTVE-nin canlı yayımında eşidilib. Bu hadisədən sonra RTVE və Lorena Qonzalesə qarşı etirazlar başlayıb.

 RTVE-dən verilən açıqlamada, "RTVE Camavingadan üzr istəyir və bu təhqiramiz şərhləri dərindən təəssüf edir və pisləyir. Biz ən sərt şəkildə lazımi tədbirləri görəcəyik", - sözləri deyilib.

Lorena Qonzalez sosial media hesabında "Səmimiyyətlə üzr istəyirəm. Sözügedən şərh idmançıya qarşı pis niyyət və düşüncədən uzaqdır. Mən həmin an mikrofonların söndürüldüyünü düşünürdüm", - sözlərini yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11409
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar