Təhlükəsizlik xidmətinin keçmiş zabiti  cinsiyyətini dəyişdi:   Ginnesin Rekordlar Kitabına düşdü
11 iyul 2022 19:44 (UTC +04:00)

Təhlükəsizlik xidmətinin keçmiş zabiti cinsiyyətini dəyişdi: Ginnesin Rekordlar Kitabına düşdü

Cinsiyyət dəyişikliyindən əvvəl Federal Təhlükəsizlik Xidmətində kapitan kimi çalışan və Aleksandr Çumakov kimi tanınan Katerina Mayers transseksual keçid etdiyini bildirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, o, bu barədə “Instagram” səhifəsində məlumat yayıb.

O, yazıb: “Mən yeni bir insan kimi oyandım, bəli, bəli. Bütün əsas əməliyyatlar tamamlandı: üz, korreksiya və səs. Mən çox xoşbəxtəm".

Federal Təhlükəsizlik Xidmətinin keçmiş zabiti eyni zamanda dünyada bu qədər tez tam cərrahi keçid edən ilk trans olduğunu iddia edib. Mayers deyib: "Üç ayda 10 əməliyyat. - Ginnesin Rekordlar Kitabında?”

Katerina Mayers cinsini dəyişmək niyyətini yanvar ayında açıqlamışdı. O, uşaqlıqda "ədəbli oğlan" olduğunu və gəlinciklərlə maraqlandığını açıqlayıb. Transseksual keçidindən əvvəl Mayers qızlarla görüşüb, evlənib və onun təbirincə desək, "bu axmaqlığı başından çıxartmaq" və "kişi olmaq" cəhdi ilə uşaq sahibi olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2442
avatar

Oxşar yazılar