Şəxsi kolleksiyadakı yeganə dinozavr skeleti satışa çıxarıldı – ŞOK QİYMƏT 
06 iyul 2022 07:52 (UTC +04:00)

Şəxsi kolleksiyadakı yeganə dinozavr skeleti satışa çıxarıldı – ŞOK QİYMƏT 

Sotbi hərrac mərkəzi 77 milyon il əvvəl yaşamış dinozavrın skeletini Nyu-Yorkda satışa çıxarıb.

Lent.az-ın “Le Matin” saytına istinadla xəbərinə görə, Qorqozavrlar (Gorgosaurus) dəstəsinə  aid canlının skeleti çox yaxşı vəziyyətdədir. 

Hündürlüyü 3 metr, uzunluğu 6,7 metr olan skelet 2018-ci ildə ABŞ-ın Montana ştatında aşkar edilib. Şəxsi kolleksiyada olan skelet 5-8 milyon dollar arası qiymətləndirilir.

Hərrac evindən bildirilib ki, Montanada tapılan skelet xaric Qorqozavrlar dəstəsinə aid canlıların indiyədək tapılmış bütün qalıqları muzeylərdə qorunur.    
 

# 1023
avatar

Oxşar yazılar