Argentinalı stüardessa Barbara Bacileri təyyarələrdə uçarkən gördüyü ən iyrənc şeyi açıqlayıb.
Lent.az xəbər verir ki, o, bunu şəxsi “Tiktok” hesabında paylaşıb.
Stüardessa ən çox uşaq bezlərini masada dəyişən müştərilərə görə əsəbiləşdiyini açıqlayıb. O, insanları dərhal bu vərdişi dayandırmağa çağırır. Çünki bu masada digər sərnişinlər üzlərini əyərək yemək yeyirlər, içirlər və bəzən hətta yatırlar.
Bacilerin sözlərinə görə, əgər sərnişinə təcili olaraq uşaq bezini dəyişmək lazımdırsa, o zaman onun və övladının bunun üçün xüsusi olaraq qatlanan dəyişən stolun qoyulduğu tualetə getməsi məsləhətdir.
Uçuş bələdçisi onu da qeyd edib ki, heç bir halda uşaq bezini tualetə atmamalısınız, çünki bunun üçün zibil qutusu var. O, əlavə olaraq sərnişinləri stüardessalara və digər ekipaj üzvlərinə heç vaxt çirkli uşaq bezləri verməməyə çağırıb.
Onun bu fikri sosial şəbəkənin bir çox istifadəçisi tərəfindən dəstəklənib.