ABŞ-da, səkkiz il eyni barda birlikdə çalışan iki rəfiqənin bacı olduğu ortaya çıxıb.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, 31 yaşlı Culiya Tinetti və 32 yaşlı Kassandra Medison 2013-cü ildə Konnektikut ştatının Nyu-Heyven şəhərindəki Russian Lady barında işləməyə başlayanda tanış olublar. Əvvəlcə yad insanlar qadınların bənzərliklərinə diqqət çəkiblər. Bundan sonra Culiya Kassandradakı Dominikan respublikasının bayrağı formasındakı döymə diqqətini cəlb edib.
Qızlar bir oxşarlıq tapılar - hər ikisi orada doğulub, amma övladlığa götürülüblər. O andan etibarən həmkarlar dost olublar və hətta zarafatla özlərini bacı adlandırmağa başlayıblar.
Mümkün bir doğmalığa dair fərziyyələri olub, ancaq sənədlərdəki məlumatlar üst-üstə düşməyib - fərqli doğum şəhərləri və fərqli anaların adları yazılıb.
2021-ci ildə Kassandra, Dominikan Respublikasında bioloji valideynləri ilə görüşüb və həqiqəti onlardan öyrənib.
Ailənin doqquz övladı olduğu ortaya çıxıb və valideynlər belə böyük bir ailəni təmin edə bilmədikləri üçün iki qızdan imtina etməli olublar. DNT testi, Kassandra ilə Culiya arasındakı doğmalıq əlaqəsini təsdiqləyib.